Gəncədə bir sıra küçələrdə ərazi lüklərin təmirindən sonrakı qalıqlardan təmizlənib. Bu haqda Gencexeber.az-a 16 dekabr tarixində məlumat daxil olub.
Söhbət Nəriman Nərimanov prospekti, 20 Yanvar və Natiq İsayev küçələrindən gedir. Adıçəkilən ərazilərdə təmirdən sonra qalan daşların yolda avtomobillər üçün maneə yaratdığı barədə xəbər vermişdik.
Əraziyə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub. Küçələrdəki maneələr aradan qaldırılıb. Küçə təmizlənib. Avtomobillərin sərbəst hərəkəti təmin edilib.