Gəncədə daha bir avtomobil qəzası baş verib. Bu haqda 1 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub.
Nəticədə üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.