Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 4 avqust tarixində Qafqazinfo-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxıb. Daha sonra yol kənarındakı avtobus qarajının dəmir darvazasına çarpılıb. Nəticədə 28 yaşlı Elvin Sadiqi və onun həmyaşıdı Şamxal Qurbanov bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanasının əməkdaşları olublar.
Faktla bağlı araşdırma aparılır.
[modula id="44290"]