Gəncədəki universitetin rektoru konfransda iştirak edib. Bu haqda 9 dekabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Mingəçevir Dövlət Universitetində “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı II beynəlxalq elmi konfrans keçirilib. Burada Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov iştirak edib.
Tədbirdə Ömərov konfrans mövzusunun aktuallığı, bu konteksdə yerli və xarici elm adamlarının bir araya gəlməsinin əhəmiyyəti və zərurəti haqda danışıb. Konfransa, həmçinin dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, müvafiq qurumlardan akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıblar.