Gəncədə universitetlərdən birində yeniliklər olub. Bu haqda 30 dekabr tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetində təqdimat mərasimi baş tutub. Burada təhsil müəssisəsinin yeni domeni, veb-saytı və loqosu təqdim olunub.
Tədbirdə strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov çıxış edib. O, yeni atu.edu.az domeni, eyni domen altında istifadəyə verilmiş veb-sayt (www.atu.edu.az) və ATU loqotipi barədə danışıb. Burada veb-saytın üstünlükləri qeyd olunub.
Bildirilib ki, 3 dildə fəaliyyət göstərən rəsmi sayt və elmi jurnallardan ibarət alt bölmələr təhlükəsizlik tələblərinə, daha informativ, funksional üstünlüklərə malik olmaqla müasir standartlara cavab verir, ağ-bənövşəyi çalarlardan ibarət yeni ATU loqosu isə ornament etibarı ilə texniki və texnoloji elmləri ifadə edir.