Gəncədə növbəti aksiya təşkil olunub. Bu haqda 15 yanvar tarixində ATU-ya istinadən məlumat veririk.
Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub. Azərbaycan Texnologiya Universiteti tərəfindən Nizami Gəncəvi Məqbərəsi ətrafında ağacəkmə kampaniyası həyata keçirilib.
Burada universitetin kollektivi iştirak edib. Sözügedən ərazidə əvvəlcə təmizlik işləri aparılıb, daha sonra 500-dən çox müxtəlif növ həmişəyaşıl şam ağacı əkilib.