Gəncədə universitetlərin birində razılaşma imzalanıb. Bu haqda 9 yanvar tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Sənəd Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Regional Turizm İdarəsi arasında imzalanıb. Memorandumun məqsədi elmi-praktik əlaqələrin inkişafını təmin etmək və birgə elmi-tədqiqatların aparılmasıdır.