Gəncədə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Bu haqda 11 dekabr tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetində İdarəetmə kafedrasının təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə fakültəsi tələbələrinin elmi seminarı baş tutub. Tədbir “Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda olub.
Seminarda tələbələr “Dünyanı heyrətə salan insan”, “Yerli özünüidarəetmə institutunun yaranması tarixi”, “Bələdiyyələrin mülki müdafiə tədbirləri”, “Bələdiyyələrdə aktual problemlər və yenilik təşəbbüskarlığı”, “Bələdiyyələrin turizm sahəsində göstərə biləcəyi xidmətlər”, “Ekoloji mühitin qorunmasında bələdiyyələrin iştirakı”, “Bələdiyyələrin büdcə gəlirlərinin formalaşması və idarə edilməsi” və “Smart bələdiyyə modeli” başlıqlı məruzələr təqdim ediblər. Sonda tələbələr sertifikatlarla təltif ediliblər.