Gəncədə yeni jurnal nəşr olunacaq. Bu haqda 1 dekabr tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetində (ATU) “Avtomatika, rabitə və informasiya texnologiyaları” adlı elmi jurnal təsis edilib. O, ildə dörd dəfə nəşr olunacaq.
Jurnal informasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi, radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları, telekommunikasiya texnologiyası, kompüter qurğuları və texnologiyası, informasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) kimi bölmələrdən ibarətdir.
Nəşrin redaksiya heyəti Azərbaycan, Türkiyə, Hindistan, İtaliya, Rusiya və Gürcüstandan olan elm adamlarından formalaşdırılıb.