Gəncədə yolların birində təmir işləri aparılır. Bu haqda Gencexeber.az-a 15 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospektindən gedir. Buradakı avtomobil yolunda yerləşən bəzi lüklər asfalt örtüyündən aşağıda olduğu üçün sürücülər üçün maneə yaradırdı.
Əraziyə aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Quyuların ətrafı təmizlənib və hasara alınıb. Növbəti mərhələdə lüklərin yol səthi ilə bir səviyyəyə çatdırılacağı bildirilir.
[modula id="54865"]