Gəncədə prospektlərin birində yolun yararsız hissəsi təmir olunub. Bu haqda Gencexeber.az-a 21 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospektindən gedir. Bir müddət öncə ərazidə sərnişin avtobusunun çuxura düşməsi barədə məlumat vermişdik.
Əraziyə canlı qüvvə cəlb edilib. Prospektin həmin hissəsinə yamaq vurulub. Yoldakı maneə aradan qaldırılıb.