Gəncədə daha bir küçəyə yol infrastrukturu salınıb. Bu haqda Gencexeber.az-a 22 dekabr tarixində məlumat daxil olub.
İşlər Atatürk prospekti, 427-də yerləşən dalanlarda aparılıb. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb edilib.
Prospektdə yerləşən dalanların yoluna yeni asfalt salınıb.
Qeyd edək ki, analoji işlər şəhərin bir sıra küçə və prospektlərində aparılır.
[modula id="52039"]