Gəncədə gənclər üçün növbəti tədbir keçiriləcək. Bu haqda 2 aprel tarixində Gənclər Evinə istinadən məlumat veririk.
Təlim "Alqoritmlərin qurulması" mövzusunda təşkil olunacaq. Seminar Gənclər Evində baş tutacaq. Burada təlimçi İnnovasiya klubunun rəhbəri İlahə Həsənova olacaq.
Tədbir 3 aprel tarixində saat 15:00-da Gənclər Evində keçiriləcək.
Seminarda hər kəs ödənişsiz iştirak edə bilər. Qatılmaq üçün (055) 307 22 15 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.