Gəncəli şagirdlər festivalda iştirak ediblər. Bu haqda 7 dekabr tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib. Burada 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin və 39 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Festivalda şagirdlər First LEGO kateqoriyası üzrə “Little Dragon” komandası olaraq mübarizə aparıblar. Komanda “Ən yaxşı kodlaşdırma” üzrə I yerə layiq görülüb.