Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 12 dekabr tarixində məlumat daxil olub.
Söhbət Ağamirzə Əhmədov küçəsindəki Naftalan Sağlamlıq Mərkəzinin qarşısından gedir. Adıçəkilən əraziyə sakinləri su ilə təchiz etmək məqsədi ilə yeni xətt çəkilib. Boru istismara buraxılarkən qəza baş verib.
Nəticədə su küçə boyunca axıb. Bu da avtomobillərin hərəkətini qismən məhdudlaşdırır.
Qeyd edək ki, qəza baş verən yerə aidiyyəti qurumun əməkdaşları cəlb olunublar.