Gəncədə tələbələrlə görüş baş tutub. Bu haqda 18 dekabr tarixində ADAU-ya istinadən məlumat veririk.
Tədbir “2022-2026 Dövlət Proqramı” çərçivəsində təşkil olunub. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri xaricdə bakalavriat və magistratura təhsili almaq imkanları barədə məlumatlandırılıblar.
Görüş Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları Aygül İsmayılova və Nuray Əşrəfli tərəfindən keçirilib. Burada gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, ixtisas istiqamətləri, seçim mərhələləri və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.