Gəncədə şəhid ailəsi ziyarət olunub. Bu haqda 15 mart tarixində ADAU-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsini icra edən Zəfər Qurbanov, ali təhsil ocağının bir sıra əməkdaşları və ictimai təşkilatların nümayəndələri şəhid Canlar Cavadovun ailəsinə baş çəkiblər. Onlara İlaxır çərşənbə və Novruz bayramı münasibətilə bayram sovqatı aparılıb. Ailənin qarşıdan gələn bayramı təbrik olunub.
Qeyd edək ki, ADAU şəhid Canlar Cavadovun ailəsini himayəyə götürüb.