Gəncədə təhsil alan tələbələr təltif ediliblər. Bu haqda 14 dekabr tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetinin təhsildə yüksək nailiyyətləri olan iki tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb. Onlar Mühəndislik fakültəsinin “informasiya texnologiyaları” ixtisası tələbəsi Səbinə Rzazadə və Aqronomluq fakültəsinin “aqronomluq” ixtisasının tələbəsi Nuray Məmmədzadədir.
Birinci tələbə 150, ikinci tələbə isə 200 manat təqaüdlə təmin olunub. Həmçinin hər iki tələbə əlaçı təqaüdü də alır.