Gəncədə universitetlərin birində infosessiya keçirilib. Bu haqda 29 fevral tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetində “Teknofest-2024” festivalı ilə bağlı infosessiya baş tutub. Burada “Bilim Bakı” Mərkəzinin rəhbəri, “Teknofest”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse təqdimatla çıxış edib. O bildirib ki, dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “Teknofest-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək.
Festivalda komandalar 46 əsas və 117 alt yarışma kateqoriyası üzrə yarışacaq. Qalib olan komandalara pul mükafatı veriləcək. Toplantıda Ahmet Köse festivalın əhəmiyyətindən söhbət açıb, yarışmanın tələbə və gənc tədqiqatçılar üçün mühüm fürsət olduğunu vurğulayaraq, gəncləri fəal olmağa səsləyib.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.