Gəncədə təhsil ocaqlarının birində seminar baş tutacaq. Bu haqda 13 mart tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetində “Agro Dairy” MMC rəhbərinin kənd təsərrüfatı üzrə müşaviri Məmmədzadə Nəbiyev seminar təşkil edəcək.
14 mart tarixində olacaq görüş yeni tədris korpusundakı 431-ci otaqda saat 10:30-da keçiriləcək. Seminar "Dənli bitkilərin inkişaf mərhələlərinin diaqnostikası və aqrotexniki əhəmiyyəti" mövzusunda təşkil olunacaq.