top
ADAU-da elmi-praktik konfrans baş tutacaq
20 aprel 2024, 12:30
- ↺ +

ADAU-da elmi-praktik konfrans baş tutacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Bu haqda 20 aprel tarixində ADAU-ya istinadən xəbər veririk.

Tədbir 14 may tarixində “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda aparılacaq. Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. Burada iştirak forması əyanidir.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:


  • Bitki sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlər;

  • Ölkə ərazisi üzrə bitki sağlamlığının izlənilməsi və mövcud vəziyyətin təhlil edilməsi;

  • Bitki sağlamlığı sahəsi üzrə ixtisaslı kadrların hazırlanması;

  • Bitki sağlamlığı ilə bağlı prioritet sahələr üzrə elmi-tədqiqatların aparılması;

  • Bitki sağlamlığı sahəsində dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması;

  • Fitosanitar nəzarəti sahəsində fermerlərin, ailə təsərrüfatlarının və sahibkarların maarifləndirilməsi;

  • Bitkiləri və bitki sağlamlığını qorumaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərini gücləndirmək;

  • Ətraf mühitin təhlükəsizliyi nəzərə alınaraq, bitki sağlamlığının qorunması üçün davamlı olaraq zərərvericilərin və pestisidlərin idarə olunması;

  • Bitki karantini və bitki mühafizə tədbirlərinin tətbiqi;

  • Beynəlxalq ticarət və səyahət zamanı zərərli orqanizmlərin yayılması riski;

  • Müvafiq orqanların bitki sağlamlığı ilə bağlı fəaliyyətlərinin əlaqələndirilməsi;

  • Bitki biomüxtəlifliyi və monitorinqi;

  • Bitkiçilik və bitki sağlamlığı təhsili və maarifləndirmə;

  • Bitki sağlamlığı istiqamətində xarici dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsi;

  • Bitki resurslarının idarə olunması və bu sahədə beynəlxalq təcrübə;

  • Qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsipləri;

  • BMT-nin 2030-cu il gündəliyinə daxil olan "Sıfır Aclıq" hədəfinə nail olmaq üçün bitkilərin sağlam saxlanmasının vacibliyi;

  • Bitki sağlamlığına dair innovasiyaların tətbiqi, tədqiqat və təbliğat işləri üçün investisiyaların təşviqi.

  • Torpaq-bitki sistemində su və qida rejiminin nizamlanması;

  • Respublika torpaqlarının müasir vəziyyəti.


Materialların tərtibinə qoyulan tələblər:

  • Məruzələr Azərbaycan, türk, rus və ingilis dillərindən (elektron variantda) birində qəbul olunur;

  • Məruzənin mətni 4-6 səhifə həcmində, kompüterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;

  • Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (Azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə məqalənin yazıldığı dildə qısa xülasə, 5 sözdən ibarət açar sözlər yazılmalıdır;

  • Məruzədə istifadə edilmiş istinadlar APA 6 stilində (Məmmədov, 2018) müəllifin və ya müəlliflərin soyadı və çap ili qeyd olunmaqla, istifadə olunmuş ədəbiyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə APA 6 stilində göstərilməlidir;

  • Materiallar 10 may tarixinədək conference @adau.edu.az e-mail ünvanına göndərilməlidir;

  • Konfransa təqdim olunmuş və təşkilat komitəsi tərəfindən seçilmiş materiallar konfransın materialları toplusunda nəşr ediləcəkdir. Burada əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Bütün xəbərlər
08 oktyabr 2026, 10:28

Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbovun doğum günüdür

Bizim fəxrimiz
08 oktyabr 2026, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Oxşar xəbərlər