top
9 şəhidimizin mövlududur
01 yanvar 2024, 12:00
- ↺ +

9 şəhidimizin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktay Namiq oğlu Məmmədov 1 yanvar 1994-cü ildə Gəncədə anadan olub. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə könüllü olaraq orduya yazılıb. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib.

8 noyabr 2020-ci il tarixində Xankəndi istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. 16 noyabr 2020-ci il tarixində Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. Şəhidimiz ölümündən sonra Prezident tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Fuad Mirzə oğlu Həsənov 1 yanvar 1973-cü ildə Gəncəbasar vilayətinin Qarabağlar kəndində anadan olub. 1 sentyabr 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən əsgərliyə çağırılıb. İlk döyüş yolu Çıldırandan başlayıb. Sonra Füzuli rayonunun bir neçə kəndinin müdafiəsində iştirak edib. 3 aprel 1993-cü ildə Ağdərə bölgəsində gedən döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.

Fəqan Vəli oğlu Əliyev 1 yanvar 1967-ci ildə Gəncədə anadan olub. 19 may 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Gəncə taborunda, Drambon, Çıldıran, Umudlu, Sırxavənd, Vəng kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 12 noyabr 1992-ci ildə Vəng kəndində şəhidlik zirvəsinə ucalıb. 13 noyabr tarixində Gəncə Şəhidlər xiyabanında dəfn edilib.

Ələddin Mustafa oğlu Əliyev 1 yanvar 1971-ci ildə Gəncədə anadan olub. 1991-ci ildə Tula şəhərində hərbi xidmətdə olub. O, Ağdam rayonunun Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. 27 yanvar 1993-cü ildə Fərrux dağında şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 29 yanvar 1993-cü ildə Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

İlham Cəfər oğlu Məhərrəmov 6 yanvar 1968-ci ildə Göygöl rayonunda anadan olub. 1986-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. Sibirdə 2 il xidmət edib. 10 avqust 1992-ci ildə hərbi hissənin tərkibində atıcı bölməsinin komandiri vəzifəsində xidmət edib. Ağdam rayonunun müdafiəsində iştirak edib.

İlham Cəfər oğlu Məhərrəmov 26 sentyabr 1992-ci ildə Ağdam rayonunun müdafiəsində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. 27 sentyabr Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

İlham Mirəli oğlu Cabbarov 1 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Subatan kəndində anadan olub. Daha sonra Gəncəyə köçüb. O, könüllü olaraq, milli ordu sıralarına daxil olub. Daşaltı, Şuşa, Laçın, Qubadlıda döyüşüb. 28 iyun 1992-ci ildə Cəbrayıl rayonunun Sur kəndi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. 30 iyun 1992-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Rizvan Əli oğlu Nağıyev 1 yanvar 1958-ci ildə Gəncədə anadan olub. 1976-1978-ci illərdə Perm şəhərində hərbi xidmətini başa vurduqdan sonra doğma şəhərinə qayıdıb. O, könüllü olaraq, Gəncə batalyonuna yazılıb. Tağım komandiri olduğu bölük Tərtər rayonunda vuruşub. Marquşevan kəndi ətrafında gedən döyüşlərdə iştirak edib. O, aprelin 10-da şəhidlik zirvəsinə ucalıb. Rizvan Nağıyevin barelyefi onun işlədiyi Gəncə Dövlət Filarmoniyasının divarına vurulub.

Elxan Xəlil oğlu İbrahimov 1 yanvar 1967-ci ildə Gəncə şəhərində anadan olub.O, 16 avqust 1993-cü ildə cəbhəyə yollanıb. Füzuli, Beyləqan rayonlarının müdafiəsində döyüşüb. Elxan Xəlil oğlu İbrahimov 7 may 1994-cü ildə Beyləqan rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 8 may 1994-cü ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Emin Elmar oğlu Əliyev 1 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 29 iyul 2011-ci ildə həmin hərbi hissədə xidmətə başlayıb. 2 aydan sonra korpus komandirinin əmri ilə həmin hərbi hissənin ön cəbhədə yerləşən motoatıcı taborunun tağım komandiri vəsifəsinə təyin olunub. Emin Elmar oğlu Əliyev 2 noyabr 2011-ci ildə xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz 3 noyabr 2011-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Dünən, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
10 oktyabr 2026, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
10 oktyabr 2026, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
10 oktyabr 2026, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
10 oktyabr 2026, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
10 oktyabr 2026, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
10 oktyabr 2026, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Oxşar xəbərlər