Gəncədə bədbəxt hadisə baş verib. Bu haqda 11 fevral tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. "VAZ" markalı minik maşınının sürücüsü yolu keçmək istəyən qadını vurub.
77 yaşlı Qəsibə Vəliyeva hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.