Gəncədə prospektlərin birində tıxac yaranıb. Bu haqda Gencexeber.az-a 1 dekabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Atatürk prospektində müşahidə olunur. Adıçəkilən ərazidə bir müddət öncə asfalt örtüyü qazılıb. İşlər bitdikdən sonra həmin hissənin üstünə torpaq tökülüb.
Prospekt boyunca hərəkətdə olan 7 nömrəli marşrut xəttinə məxsus avtobusun təkəri qazılmış hissəyə düşüb. Nəticədə nəqliyyat vasitəsi burada ilişib.
Yolda tıxac əmələ gəlib.
[modula id="50871"]