Gəncədə son bir neçə saat ərzində dördüncü avtomobil qəzası baş verib. Bu haqda 23 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Minik avtomobili yolu əks-tərəfə keçmək istəyən 69 yaşlı şəhər sakini Sahib Qafarovu vurub.
O, dərhal xəstəxanaya yerləşdirilib. Piyadanın vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.