Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda 2 mart tarixində Apa-ya istinadən xəbər veririk.
Yolu qarşı tərəfə keçmək istəyən 57 yaşlı M.Məmmədovu avtomobil vurub. Şəhər sakini xəstəxanaya yerləşdirilib.
Zərərçəkmişin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.