Gəncədə cari həftə baş tutacaq tədbirlər açıqlanıb. Bu haqda 16 yanvar tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Gənclər və İdman Nazirliyi 15-21 yanvar tarixləri üçün tədbir planını açıqlayıb. Cədvələ əsasən, 20 Yanvar faciəsinə həsr olunmuş kikboksinq üzrə 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin açıq birinciliyi keçiriləcək. Turnir 21 yanvar saat 9:00-da başlayacaq.
Yarış Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.