Gəncədə gənc oğlan qəzaya uğrayıb. Bu haqda 23 noyabr tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil 19 yaşlı oğlanı vurub. Həmin şəxs Adil Allahverdiyevdir. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.