Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu haqda 14 mart tarixində Report-a istinadən xəbər veririk.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Avtomobil və skuter bir-birinə çarpılıb. Nəticədə skuteri idarə edən 17 yaşlı İ. Süleymanov xəsarət alıb.
Zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.