Gəncədə daha bir proqram baş tutacaq. Bu haqda 7 fevral tarixində “Gəncə Qalası”na istinadən məlumat veririk.
Tədbir “Gəncə Qalası” Ticarət və Əyləncə Mərkəzində keçiriləcək. Musiqili proqram Sevgililər gününə həsr olunub. Burada Dj Niko, Səməd Mehdizadə, Ritm rəqsi, Rövşən Saksofonist və Zeynəb Abdullayeva çıxış edəcəklər.
Proqram 14 fevral tarixində saat 14:00-da təşkil olunacaq. Tədbirdə hər kəs iştirak edə bilər. Qatılmaq ödənişsizdir.