Gəncə təmsilçisi rəqibinə məğlub olub. Bu haqda 16 mart tarixində Report-a istinadən məlumat veririk.
Matç Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilib. “Kəpəz” Tofiq Bəhramov adına Respublika stadionunda “Zirə”yə qarşı mübarizə aparıb. Oyun təmsilçimizin 2:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
“Sarı-göyər”in yeganə qolunu 90+4-cü dəqiqədə Junior Martins vurub.