Gəncədə Zərifə Əliyeva küçəsində qəza olub. Bu haqda 4 yanvar tarixində Gencexeber.az xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, “VAZ” markalı minik avtomobili “Mercedes”lə toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə sığorta və polis əməkdaşları cəlb ediliblər.