top
Yeni yayılan virus koronavirusdan TƏHLÜKƏLİDİR?
06 yanvar 2025, 17:53
- ↺ +

Yeni yayılan virus koronavirusdan TƏHLÜKƏLİDİR?

 

Çində yeni bir virus yayıldı. Koronavirus pandemiyasının 5 il sonra ortaya çıxan metapnevmovirus (HMPV) adı verilən bu yeni virus, xüsusilə uşaqlar arasında Çinin şimal əyalətlərində sürətlə yayılıb. Virus artıq Qazaxıstan və Qırğızıstanda da qeydə alınıb. Sosial mediada Çindəki xəstəxanalarda maska taxan insanların şəkilləri paylaşılmağa başlanıb və bu virus mətbuat tərəfindən COVID-19-un ilkin mərhələsi ilə müqayisə edilib.

Metapnevmovirus, mövsümi qripə bənzər respirator bir xəstəlikdir və dünya üzrə geniş yayılıb. Bu virus, öskürək, burun tutulması, burun axması, yüksək hərarət, nəfəs darlığı və səsin boğulması kimi simptomlarla özünü göstərir. Çox vaxt kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər bu infeksiyaya yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və ümumiyyətlə 7-10 gün ərzində öz-özünə sağalır. Ancaq immuniteti zəif olanlarda bronxit və pnevmoniya kimi ağırlaşmalar meydana gələ bilər.

Azərbaycan da daxil olmaqla bir çox ölkə virusun yayılmasını yaxından izləyir. Səhiyyə Nazirliyi, ölkə daxilində epidemioloji vəziyyəti nəzarət altında saxlayır və qripin hansı ştamlarının dövr etdiyini müəyyən etmək üçün laborator müayinələr aparır.

Modern.az mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva və infeksionist Vasif Əliyevlə həmsöhbət olub.

Pərvanə Vəliyeva bildirib ki, yeni virusun COVİD-19 ilə oxşar cəhətləri olsa da, bu, pandemiya demək deyil. Metapnevmovirus mövsümi qripin bir hissəsi olaraq yayıla bilər və pandemiya yalnız sürətli yoluxma və yüksək ölüm hallarının olması ilə xarakterizə olunur. Hazırda belə bir təhlükə yoxdur.

Vasif Əliyev isə virusun xüsusilə uşaqlar və immuniteti zəif olanlarda daha ağır keçəcəyini qeyd edib və müalicənin əsasən simptomatik olduğunu bildirib. O, əlavə edib ki, xəstəliyə yoluxmamaq üçün gigiyena qaydalarına riayət etmək və tibbi maskalardan istifadə etmək vacibdir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Oxşar xəbərlər