top
YDM-də tanışını öldürmək istədi, 8 il həbs olundu
28 oktyabr 2025, 11:32
- ↺ +

YDM-də tanışını öldürmək istədi, 8 il həbs olundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Bəxtiyar Alıyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.аz xəbər verir ki, ittihama görə, Bəxtiyar Alıyev 28 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində tanışı, zərərçəkmiş Namiq Ömərova (soyadı şərtidir) qarşı törətdiyi cinayət əməli üzrə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair Goranboy Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə keçiriləcək hazırlıq iclasında iştirak etmək üçün məhkəmənin inzibati binasının həyətində gözləyib. Həmin vaxt o, zərərçəkmiş şəxsə onun barəsində şikayətini geri götürməsini tələb edib.

Bu zaman aralarında mübahisə yaranıb, Namiq şikayətini geri götürməyəcəyini bildirərək Bəxtiyara nalayiq ifadələr işlədib.

Yaranmış ədavət və qarşılıqlı aqressiya nəticəsində təqsirləndirilən şəxs qisas almaq məqsədilə zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib O, bu niyyətini həyata keçirmək məqsədilə həmin gün axşam saatlarında Namiq ilə telefon vasitəsilə əlaqə saxlayaraq Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən "Əli Oil" Yanacaq Doldurma Məntəqəsinin (YDM) qarşısında görüşmək barədə razılaşıb.

Nəticədə, 28 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Bəxtiyar qeyd olunan yerdə zərərçəkmiş şəxs ilə görüşüb, aralarında yenidən mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla Namiqi qəsdən öldürmək məqsədilə ardıcıl beş dəfə zərbə endirərək ona ağır bədən xəsarətləri yetirib.

Hadisə zamanı zərərçəkmiş şəxs aldığı xəsarətlərə baxmayaraq, "Əli Oil" YDM-in operator otağına qaçaraq gizlənməyə cəhd edib, lakin təqsirləndirilən şəxs niyyətini başa çatdırmaq məqsədilə onu təqib edib. Sonra həmin məntəqənin operatoru Bəxtiyarın qarşısını kəsərək onun hərəkətlərini dayandırıb, hadisə yerində olan digər şəxslər tərəfindən təcili tibbi yardım çağırılıb. Namiq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vaxtında göstərilmiş ixtisaslaşdırılmış tibbi yardım nəticəsində həyatı xilas edilib.

Hadisədən sonra Bəxtiyar Alıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Bu gün, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Bu gün, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Bu gün, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Bu gün, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Bu gün, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
Dünən, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
Dünən, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
Dünən, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
Dünən, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
Dünən, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
Dünən, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Bütün xəbərlər
08 oktyabr 2026, 13:44

Sabah 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
08 oktyabr 2026, 11:58

Atasının 40-na getmək istəyən arvadının gözünə təpik vurdu - MƏHKƏMƏ

Oxşar xəbərlər