Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 29 mart tarixində Apa-ya istinadən xəbər veririk.
Yanğın Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata görə, yanğın tikilidə anidən başlayıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin 10-a yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi, həmçinin təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Bina sakinləri təxliyə ediliblər. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə nəticəsində binanın dam örtüyü tamamilə yararsız vəziyyətə düşüb.