Gəncədə daha bir yanğın hadisəsi baş verib. Bu haqda 13 aprel tarixində Bizim.Media.az-a istinadən xəbər veririk.
Hadisə şəhərin Natəvan qəsəbəsi, 2 ünvanında qeydə alınıb. Yanğın yarımçıq tikilidə başlayıb.
Əraziyə FHN-in 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun yaxınlıqda olan yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
İlkin məlumata görə, həmin tikilidən ərazidə heyvan otaran çobanlar müvəqqəti yaşayış yeri kimi istifadə ediblər.