Gəncədə evlərin birində yanğın baş verib. Bu haqda 30 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Hadisə Mirzə Abbas Abbaszadə və 20 Yanvar küçələrinin kəsişməsində qeydə alınıb. 61 yaşlı şəhər sakini Valiya Rzayevaya məxsus ümumi sahəsi 54 kvadratmetr olan 2 otaqlı evin dam örtüyü alışıb. Nəticədə tikilinin 10 kvadratmetri yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.