Gəncədə bir nəfər xilas edilib. Bu haqda 9 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
FHN-in “112” qaynar xəttinə şəhər sakininin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub.
Əraziyə xilasetmə qüvvələri cəlb edilib. Əməkdaşlar mənzilin qapısını açıb və vətəndaşa müvafiq köməklik göstəriblər.