Gəncədə səhiyyə ocaqları yeni avadanlıqlarla təchiz edilir. Bu haqda 26 sentyabr tarixində Birləşmiş Xəstəxanaya istinadən məlumat veririk.
Növbəti cihaz Z.Məmmədov adına xəstəxanada quraşdırılıb. Tibb ocağının Poliklinika şöbəsində müasir standartlara cavab verən audiometriya cihazı istifadəyə verilib.
Audiometriya - eşitmənin dəyərləndirilməsində saf səslərin istifadəsinə əsaslanan standart davranış testidir. Onun əmələ gətirdiyi səs şiddəti eşitmə itkisi dərəcəsinin müəyyən edilməsində önəmlidir.