Gəncə təmsilçisi 9-cu oyuna çıxacaq. Bu haqda 8 fevral tarixində Region Liqasına istinadən məlumat veririk.
Region Liqasının IX turu çərçivəsində Şimal-Qərb və Qərb zonasında keçiriləcək oyunların siyahısı paylaşılıb. Cədvələ əsasən, “VT Gəncə” “Bərdə” FK-nın qonağı olacaq.
Matç 10 fevral tarixində saat 14:00-da baş tutacaq. Tərəflər Bərdə Şəhər Stadionunda mübarizə aparacaqlar.