Gəncənin Region Liqasındakı təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 5 yanvar tarixində liqaya istinadən məlumat veririk.
Şimal-Qərb və Qərb zonasında lV turun oyun təqvimi açıqlanıb. Cədvələ əsasən, “VT Gəncə” “Göyəzən” PFK-ya qarşı oynayacaq. Matç 7 yanvar tarixində saat 14:00-da keçiriləcək.
Tərəflər Göygöl Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər.