Gəncə təmsilçisi növbəti rəqibi ilə görüşəcək. Bu haqda 22 fevral tarixində Region Liqasına istinadən məlumat veririk.
Region Liqasının Şimal-Qərb və Qərb zonasında baş tutacaq Xl turun oyunlarının siyahısı açıqlanıb. Cədvələ əsasən, “VT Gəncə” “Göyəzən” PFK ilə mübarizə aparacaq.
Oyun 25 fevral tarixində saat 14:00-da təşkil olunacaq. Tərəflər Qazax şəhər stadionunda qarşılaşacaqlar.