Gəncə təmsilçisi növbəti oyuna hazırlaşır. Bu haqda 23 fevral tarixində voleybol klubuna istinadən məlumat veririk.
“Gəncə” VK doğma meydanda rəqibini qəbul edəcək. Oyun Azərbaycan Yüksək Liqasının XV turu çərçivəsində keçiriləcək. Təmsilçimizin rəqibi “Murov Az Terminal" VK olacaq.
Tərəflər 28 fevral tarixində saat 17:00-da üz-üzə gələcək. Matç Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.