Gəncə təmsilçisi uğur qazanıb. Bu haqda 29 noyabr tarixində voleybol klubuna istinadən xəbər veririk.
Təmsilçimiz 2023-2024-cü il mövsümündə ölkə çempionatının III turunda ilk qələbəsini qazanıb. “Gəncə” klubu səfərdə “UNEC”ə qalib gəlib. Oyun 25:8 hesabı ilə başa çatıb. Ardıcıl iki setdə 25:19 hesablı qələbə qazanan komandamız cari mövsümdə ilk xallarını aktivinə yazdırıb.
Bundan başqa, voleybolçularımız Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyunda 3:0 hesablı qələbə qazanıblar. Növbəti görüş səfərdə “Abşeron” ilə olacaq.