“Gəncə” VK paytaxtda keçirilən oyunda uğur qazanıb. Bu haqda 31 yanvar tarixində voleybol klubuna istinadən xəbər veririk.
Təmsilçimiz Azərbaycan Yüksək Liqasının XI turunda “Milli Aviasiya Akademiyası” VK ilə görüşüb. Görüş “Gəncə” VK-nın qələbəsi ilə yekunlaşıb.
Oyunu 3:2 hesabı ilə qazanan voleybol klubumuz 15 xalla 4-cü yerdədir.