Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər 2-ci Polis Şöbəsinə yeni rəis təyin olunub.
Gencexeber.az-ın məlumatına əsasən, polis polkovnik-leytenantı Tural Hacıyev bu quruma rəhbərlik edəcək.
O, daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.