Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və "Şərəf" ordenli yazıçı Vidadi Babanlı 98 yaşında vəfat edib.
Gencexeber.az məlumat verir ki, bu gün dünyasını dəyişən yazıçı sabah dəfn olunacaq. Onun dəfn yeri hələlik müəyyənləşməyib.
Vidadi Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü və Əməkdar incəsənət xadimi idi.