Gəncədə bir nəfər köməksiz vəziyyətdə qalıb. Bu haqda 16 yanvar tarixində FHN-ə istinadən məlumat veririk.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub. Bildirilib ki, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz qalıb.
Hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. Burada xilasetmə tədbirləri keçirilib. Nəticədə vətəndaş halsız vəziyyətdə aşkar edilib. O, aidiyyəti üzrə təhvil verilib.