top
Üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var? – ÖZƏL AÇIQLAMA
08 yanvar 2025, 18:00
- ↺ +

Üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var? – ÖZƏL AÇIQLAMA

 

Üzgüçülüklə həm həvəskarlar, həm də peşəkar idmançılar məşğul olurlar. Bəs görəsən, üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var?

Mövzu ilə bağlı Gencexeber.az-a açıqlama verən həkim-terapevt Abbas Bağırovun sözlərinə görə, insan orqanizminin 66 faizi sudan ibarətdir:

“Bəlkə də elə ona görədir ki, insan su ilə təmasda olduqda pozitiv, ritmik və harmonik notlara yüklənmiş olur. Əlbəttə ki, üzgüçülük populyar idman növlərindən biri olmaqla bərabər həm də bir çox xəstəliklər üçün ən effektiv müalicədir.

Suyun içərisində orqanizm vakuum şəraitində olduğuna görə, bütün özünü tənzimləmə mexanizmi sistemləri  adekvat şəkildə işləməyə başlayır. Bu da sinir sistemində mərkəzi və periferik tipli bütün gərginliklərin aradan qalxmasına səbəb olur”.

Üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var? – ÖZƏL AÇIQLAMA

A.Bağırov qeyd edib ki, üzgüçülük ürək-damar sistemini gücləndirir:

“Üzgüçülük ürək-damar və tənəffüs sisteminin fəaliyyətinə, oynaq sistemində olan bütün xəstəliklərə və yuxusuzluğa müsbət  təsir göstərir. Üzgüçülüklə proqram şəklində məşğul olduqda ürək döyüntüsü, habelə nəbzin ritmi normallaşır, qan dövranı yaxşılaşır  bu da ürək xəstəlikləri riskini azaldır. Üzgüçülük tənəffüs sistemini gücləndirir, ağciyərlərin daha çox hava tutmasına kömək edir. Bu, astma və digər tənəffüs problemləri olan insanlar üçün faydalıdır. Həmçinin üzgüçülük nəfəs almanı təkmilləşdirərək bədənə oksigenin daha yaxşı paylanmasına imkan verir. Bunun fonunda da həm həzm sistemindən, həm də sidik ifrazı sistemlərindən toksinlərin, sərbəst radikalların və ifrazat maddələrinin orqanizmdən xaric olmasını  sürətləndirməklə  orqanizmin drenaj funksiyasını yerinə yetirən ən mühüm vasitələrdən biri kimi özünü təsdiqləyir.

Yuxusuzluqdan əziyyət çəkən insanlar  üzgüçülük ilə məşğul olduqda xroniki yorğunluq yüngülləşir və yuxu tənzimlənlənməsi təbii xarakter alır.

Üzmə zamanı suyun müqaviməti ilə üzləşərkən bütün bədən əzələləri işləyir, bu da həm üst, həm də alt bədən əzələlərini inkişaf etdirir, beləliklə əzələlərin daha tonuslu və güclü olmasına kömək edir. Oynaqlarında problem yaşayan və ya artrozdan əziyyət çəkən insanlar üçün üzgüçülük faydalıdır. Suyun üzərində bədən ağırlığının çəkisizlik vəziyyətinə uyğunlaşdırıldığı halda olunan hərəkətlərlə oynaq zədələnmələrinin bərpası istiqamətində gedən biokimyəvi proseslərin sürəti artır və əlavə travma riski da azalır.

Sinir gərginlikləri tamamən aradan qalxır. Sinir sistemi nə qədər sakit vəziyyətdə olsa, orqanizmin xəstəliklərə qarşı o qədər müqaviməti çox olur. Üzgüçülük qığırdaq və oynaqda hərəkəti artırır. Qidalandırıcı maddələrin oynağa axımını sürətləndirir. Toxumalar özünü tez bərpa edir”.

Həvəskar üzgüçülərdən biri - Gültəkin Kərimova Gencexeber.az-a danışıb.

Üzgüçülüyün sağlamlığımıza nə kimi faydaları var? – ÖZƏL AÇIQLAMA

O bildirib ki, üzə bilməyən şəxslərə məsləhətim odur ki, sudan qorxmasınlar:

“Mənim hazırda 34 yaşım var. Doqquz yaşımdan üzgüçülüklə məşğulam. Anam üzgüçülük üzrə məşqçidir, üzməyi mənə uşaq yaşlarımdan öyrədib. Üzgüçülüklə ancaq bir həvəskar olaraq məşğul olmuşam. İndiyə qədər iki yarışda iştirak etmişəm. Hər ikisi də “Kürü keçək” layihəsi olub. İlk yarışda 3-cü yerə, ikinci yarışda isə 2-ci yerə sahib olmuşam. Başqa idman növlərindən fərqli olaraq, üzgüçülükdə travma riskləri minimuma enir. Üzə bilməyən şəxslərə məsləhətim odur ki, sudan qorxmasınlar. O qorxunun üzərinə gəlməlidirlər”.

Nəzrin Vahid

 

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər