Gəncədə yeni təyinat olub. Bu haqda 7 yanvar tarixində Azərbaycan Texnologiya Universitetinə istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin Elektron xidmətlər və informasiya şöbəsinə yeni müdir təyin edilib. Bu vəzifəni Arzu Taryel oğlu Əsgərov icra edəcək.
Qeyd edək ki, Arzu Əsgərov 2017-ci ildə UTECA-da dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr səviyyəsini, 2019-cu ildə isə regional idarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirib.
Bundan başqa, mübadilə proqramı ilə Türkiyənin Qaradəniz Texniki Universitetində təhsil alaraq “Certificate of Attendance”, “Dijital Ekonomi Zirvesi 19” sertifikatlarına layiq görülüb. O, 2020-ci ildə Azərbaycan Texnologiya Universitetində assistent vəzifəsində fəaliyyətə başlayıb.